Su-24
Su-24 (NATO kod adı: Fencer) — Sovet İttifaqında hazırlanmış və Rusiya tərəfindən istifadə olunan dəyişkən qanad geometriyalı səsəsindən sürətli ön cəbhə bombardımançısıdır. Sukhoi konstruktor bürosunda işlənib hazırlanmış və 1970-ci illərin ortalarında silahlanmaya qəbul edilmişdir. Yer və dəniz hədəflərinə, o cümlədən idarəolunan bombalar və raketlər vasitəsilə zərbə endirmək üçün nəzərdə tutulub, aşağı hündürlükdə HHM-ni yara bilir. SSRİ-də kütləvi istehsal olunub, istehsalı Rusiyada davam etdirilir.
-
Ukrayna Silahlı Qüvvələri Krımdakı Saki aerodromunda Rusiya Su-24 bombardmançısını vurub
Ukrayna Müdafiə Qüvvələri 16 sentyabr gecəsi müvəqqəti işğal altındakı Krımda Saki aerodromunda Rusiya Su-24 bombardmançısını vurub. Bundan əlavə, Donetsk, Luqansk və Zaporijjya vilayətlərində Rusiya hərbi obyektlərinə — pilotsuz uçuş aparatlarının saxlanması və buraxılışı üçün istifadə olunan əraziyə, PUA idarəetmə məntəqələrinə, döyüş sursatı anbarına, yanacaq bazalarına və texniki kəşfiyyat postlarına zərbələr endirilib. Su-24-ə dəyən ziyanın dərəcəsi dəqiqləşdirilir.