Timur HUR MÜ-nin xüsusi taboru
-
Ukrayna hərbi kəşfiyyatı Rusiya xüsusi təyinatlılarının iki qrupunu zərərsizləşdirib
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (HUR) "Timur Xüsusi Bölməsi" Zaporijjya istiqamətində Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin 10-cu müstəqil qvardiya xüsusi təyinatlı briqadasının iki qrupunu pusquya salaraq zərərsizləşdirib, bir hərbçini əsir götürüb. Əməliyyatın videogörüntüsü HUR-un rəsmi Facebook səhifəsində 11 oktyabr, bazar günü dərc olunub. Radio Svoboda xəbəri müstəqil şəkildə təsdiq edə bilmədiyini bildirib.