Ruchyi fuel depot
-
Sankt-Peterburq və Leninqrad vilayətinə kütləvi dron hücumu: Ozon anbarı, neft terminalı və VK data mərkəzi vurulub
Oktyabrın 18-dən 19-na keçən gecə dronlar Sankt-Peterburq və Leninqrad vilayətini kütləvi şəkildə hədəfə alıb. Hücum zamanı Ozon lojistik mərkəzi, "Sankt-Peterburq Neft Terminalı", VKontakte şəbəkəsinin data mərkəzi və yaxınlıqdakı elektrik yarımstansiyası, habelə Korabelnı fərvateri üzərindəki körpü vurulub. Rusiya rəsmiləri bölgəyə 100-dən çox dron hücum etdiyini bildirib, təxminən 20 000 adam işıqsız qalıb.