Roboavia
-
Ukrayna Baş Qərargahı Rusiyanın Rostov və Bryansk vilayətlərindəki hədəflərə zərbələri təsdiqləyib
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Ukrayna Müdafiə Qüvvələrinin Rusiyanın Rostov vilayətində «Roboavia» müəssisəsinin istehsal-anbar binasına və Bryansk vilayətində Rusiya raket briqadasının maddi-texniki təminat anbarına zərbə endirdiyini təsdiqləyib. «Roboavia»nın Rusiya ordusu üçün pilotsuz uçuş aparatları hazırladığı bildirilir. Baş Qərargah hər iki zərbəni BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq Ukraynanın özünümüdafiə hüququ çərçivəsində həyata keçirildiyini və Rusiyanın hərbi-iqtisadi və texnoloji potensialının azaldılmasına yönəldiyini açıqlayıb.