Re:Russia
-
Rusiya 2027-ci il üçün 17,1 trilyon rubl hərbi xərcləri planlaşdırır — müharibə illərlə uzana bilər
Rusiyanın büdcə layihəsinə əsasən, 2027-ci il üçün hərbi xərclər 17,1 trilyon rubl (təxminən 205 milyard dollar) nəzərdə tutulur ki, bu da 2026-cı illə müqayisədə 40%-dən çox, tam miqyaslı işğaldan əvvəlki ilə nisbətən isə təxminən 380% çoxdur. Proqnozlar 2028-ci ildə 16,6 trilyon, 2029-cu ildə isə 16,3 trilyon rubl səviyyəsində yalnız yüngül azalma gözləyir. Analitiklər bunu Rusiyanın Ukraynaya qarşı müharibəni illərlə uzatmağa hazırlaşması və Putinin «ştavkaları qaldırması» kimi qiymətləndirir.