ÇXR Dövlət Şurası
Çin Xalq Respublikasının Dövlət Şurası — ÇXR-nin ali icra hakimiyyəti orqanı olub, Bütünçin Xalq Nümayəndələri Yığıncağı tərəfindən formalaşdırılır. Şuraya ÇXR Dövlət Şurasının baş naziri rəhbərlik edir, onun tərkibinə vitse-premyerlər, dövlət müşavirləri və nazirliklər, idarələr rəhbərləri daxildir. Dövlət Şurası KPÇ MK və BXNY qərarlarının icrasını həyata keçirir. Şura inzibati qərarlar qəbul edir, iqtisadi və sosial inkişaf planını, dövlət büdcəsini təsdiq edir, nazirlik və komissiyaların fəaliyyətini əlaqələndirir. ÇXR Xarici işlər Nazirliyi ilə birlikdə ÇXR-in xarici siyasətini həyata keçirir. Dövlət Şurasının işçi aparatı Dövlət Şurası Katibliyidir. ÇXR sədri vəzifəsi boşaldıqda sədrlik funksiyasını müvəqqəti olaraq Şuranın baş naziri icra edir.
Bu təşkilatın adı hələ dərc olunmuş materiallarda çəkilmir.