Pantsir hava hücumə müdafiə sistemi
Pantsir (NATO hesabat adı SA-22 Greyhound) — Rusiyanın qısa mənzilli zenit raket-top sistemi olub, Tula şəhərindəki Cihazqayırma Konstruktor Bürosunda (KBP) işlənib hazırlanmışdır. 2012-ci ildə Rusiya Silahlı Qüvvələrinin silahlanmasına qəbul edilib. Sistem zenit raketlərini radiolokasiyalı idarəolunan avtomatik toplarla birləşdirərək hərbi və mülki obyektləri təyyarələrdən, pilotsuz uçuş aparatlarından və qanadlı raketlərdən qorumaq üçün nəzərdə tutulub. Bir neçə variantda, o cümlədən Pantsir-S1 istehsal olunur və bir sıra ölkələrə ixrac edilir.
-
Moskva və Moskva vilayətinə kütləvi dron hücumu — Neftayırma Zavodu və Sofyino anbarları vuruldu
Sentyabrın 19-dan 20-ə keçən gecə Ukrayna Silahlı Qüvvələri Moskva və Moskva vilayətinə genişmiqyaslı dron və raket hücumu həyata keçirib. Kapotnya rayonundakı "Qazpromneft-Moskva NPZ" Neftayırma Zavodunda və Sofyinodakı "Sovremennıye Skladskiye Texnologii" lojistik anbarında böyük yanğınlar baş verib. Hücum nəticəsində Moskva vilayətində azı iki nəfər ölüb, altı nəfər xəsarət alıb, Moskva aeroportlarında 400-dən çox reys ləğv edilib və ya təxirə salınıb.