Orlivka bərə keçidi
-
Rusiya qüvvələri Orlivka keçid məntəqəsinə ikinci dəfə hücum edib
Rusiya qüvvələri sentyabrın 5-dən 6-na keçən gecə Odesa vilayətinin İzmail rayonunda sərhəd infrastrukturuna hücum edib. Hücum nəticəsində Ukrayna-Rumıniya sərhədindəki «Orlivka» beynəlxalq parom keçid məntəqəsi müvəqqəti olaraq işini dayandırıb. Bu, sentyabrın 1-dəki «Şahed» zərbə dronları hücumundan sonra bir həftə ərzində məntəqəyə edilən ikinci hücumdur.