Olenegorsk aerodromu
-
Rusiya Ukraynaya qarşı genişmiqyaslı birləşdirilmiş hücum həyata keçirib, Kiyevdə iki nəfər ölüb
Rusiya qoşunları oktyabrın 6-dan 7-ə keçən gecə Ukraynaya ballistik raketlər, qanadlı raketlər və zərbə dronları ilə genişmiqyaslı birləşdirilmiş hava hücumu həyata keçirib. Hücum nəticəsində Kiyevdə ən azı iki nəfər həlak olub, paytaxtın dörd rayonunda, eləcə də Dnipro, Zaporojye və Kremençuk şəhərlərində sənaye, nəqliyyat və yaşayış infrastrukturu zədələnib. Ukrayna Hərbi Hava Qüvvələri hücumun başlamazdan əvvəlcədən xəbərdarlıq edib, saat 03:09-da ballistik təhdid səbəbindən bütün ölkə üzrə hava hücumu siqnalı elan olunub.