Moldova 1
Moldova 1 — 1958-ci ildə yaradılmış Moldova dövlət televiziya kanalıdır. Teleradio-Moldova ictimai yayımçısının tərkib hissəsidir, qərargahı Kişinyov şəhərində yerləşir və rumın dilində xəbər, publisistika və əyləncə proqramları istehsal edir.
-
Moldova Ukrayna sərhəd keçid məntəqələrini öz ərazisinə köçürməyi nəzərdən keçirir
Moldovanın daxili işlər naziri Daniela Misail-Nikitin bildirib ki, Moldova Rusiyanın sərhəd rayonlarına hücumları ilə əlaqədar olaraq Ukrayna sərhəd nəzarət məntəqələrinin Moldova ərazisinə köçürülməsini nəzərdən keçirir. Moldova artıq Ukrayna ərazisindəki dörd keçid məntəqəsindən öz sərhədçilərini və gömrükçülərini çıxarıb və Ukrayna ilə birgə nəzarət üçün ukraynalı sərhədçilərin Moldova ərazisinə keçməsi barədə danışıqlar aparır.