Moldova Daxili İşlər Nazirliyi
Moldova Daxili İşlər Nazirliyi — Moldova hökumətinin ictimai asayiş, miqrasiya, mülki müdafiə və sərhəd polisi sahələrinə cavabdeh olan mərkəzi icra orqanıdır.
-
Moldova Ukrayna sərhəd keçid məntəqələrini öz ərazisinə köçürməyi nəzərdən keçirir
Moldovanın daxili işlər naziri Daniela Misail-Nikitin bildirib ki, Moldova Rusiyanın sərhəd rayonlarına hücumları ilə əlaqədar olaraq Ukrayna sərhəd nəzarət məntəqələrinin Moldova ərazisinə köçürülməsini nəzərdən keçirir. Moldova artıq Ukrayna ərazisindəki dörd keçid məntəqəsindən öz sərhədçilərini və gömrükçülərini çıxarıb və Ukrayna ilə birgə nəzarət üçün ukraynalı sərhədçilərin Moldova ərazisinə keçməsi barədə danışıqlar aparır.