Ukrayna İnfrastruktur Nazirliyi
-
Rusiya dronları Pivdennı körpüsünə ardıcıl zərbələr endirdi: Kiyev nəqliyyat iflası ilə üzləşib
Oktyabrın 1-dən 2-nə keçən gecə Rusiya qüvvələri Kiyevin Pivdennı (Cənub) körpüsünə zərbələr endirib. Oktyabrın 2-si səhər saat 5 radələrində sonuncu — təxminən 24 saat ərzində dördüncü zərbədən sonra körpü tam bağlanıb, Paton körpüsü və Metro körpüsündə hərəkət məhdudlaşdırılıb. Darnıtski rayonunda 25 mərtəbəli yaşış binasına dron düşüb, bir nəfər həlak olub, iki nəfər xəsarət alıb. Şəhərdə ciddi nəqliyyat iflası yaranıb, avtobus və trolleybus marşrutları dəyişdirilib, Kiyev City Express isə tam marşrut üzrə işləyib.