Hərbi Kəşfiyyat İdarəsi
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (GUR) Ukrayna Silahlı Qüvvələrinin hərbi kəşfiyyat orqanıdır. O, hərbi kəşfiyyat fəaliyyəti aparır, xüsusi əməliyyatlar həyata keçirir və müdafiə sahəsində kəşfiyyat işlərinə cavabdehdir. İdarəyə Ukrayna Prezidenti tərəfindən təyin olunan rəis başçılıq edir; qurum Müdafiə Nazirliyinə tabedir və Ukraynanın təhlükəsizlik sisteminin əsas elementlərindən birini təşkil edir.
-
Sıbiha: Müttəfiqlər Rusiyanın hər kütləvi zərbəsindən sonra sanksiyalar tətbiq etməlidir
Ukrayna Xarici İşlər naziri Andriy Sıbiha Kiyevdə Polşalı həmkarı Radislav Sikorski ilə birgə brifinqdə müttəfiqləri Rusiyanın Ukraynaya hər kütləvi zərbəsindən sonra sanksiyalar tətbiq etməyə, o cümlədən "Anti-Ballistik Paket" qəbul etməyə çağırıb. O, Rusiyanın ballistik raket və pilotsuz təyyarələrinin istehsalında Qərb, o cümlədən Avropa istehsalı komponentlərdən istifadə etməyə davam etdiyini bildirib.