Mangust
-
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Qara dəniz donanmasına və işğal olunmuş ərazilərdəki hərbi obyektlərinə zərbələr endirib
Ukraynanın Müdafiə Qüvvələri sentyabrın 8-də və sentyabrın 9-u gecəsi işğal olunmuş Krım, Donetsk və Luqansk vilayətlərində, həmçinin Rusiyanın Novorossiysk şəhərindəki dəniz bazasında bir sıra hərbi hədəfləri vurub. Zərbələr nəticəsində «Admiral Essen» freqatı və «Manqust» sürətli patrul kateri zədələnib, pilotsuz uçuş aparatlarının saxlanma və buraxılma məntəqələri, radio-elektron kəşfiyyat antenləri və sursat anbarları sıradan çıxarılıb.