Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (HUR)
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (HUR) — Müdafiə Nazirliyinə tabe olan, Ukrayna Silahlı Qüvvələrinin tərkibindəki hərbi kəşfiyyat orqanıdır. 1991-ci ildən sonra keçmiş sovet hərbi kəşfiyyat strukturlarının yenidən təşkili əsasında yaradılmışdır. İdarə hərbi kəşfiyyat və xüsusi əməliyyatlar, o cümlədən xaricdə fəaliyyət aparır və Rusiyanın Ukraynaya tam miqyaslı müdaxiləsindən bəri mühüm rol oynayır. İdarəyə Kirilo Budanov rəhbərlik edir.
-
HUR rəhbəri İvaşenko SBU və HUR arasında atışma hadisəsini şərh edib: "Xüsusi xidmətlər arasında müharibə yoxdur"
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (HUR) rəhbəri Oleq İvaşenko Ukrinform-a müsahibəsində sentyabrın 2-də Kiyevdə SBU və HUR əməkdaşları arasında baş verən atışmanı "qəbuledilməz incident" adlandırıb və xüsusi xidmətlər arasında "müharibə" iddialarını rədd edib. O, məsuliyyətin kollektiv deyil, fərdi olmalı olduğunu və HUR rəhbərliyinin istintaqa tam yardım etdiyini bildirib.