Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsi
Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsi (GRU) Rusiyanın hərbi kəşfiyyat xidmətidir və Silahlı Qüvvələr Baş Qərargahının tərkibinə daxildir. O, strateji kəşfiyyat və xaricdə xüsusi əməliyyatlar üçün cavabdehdir, Rusiyanın hərbi-siyasi rəhbərliyinə informasiya-analitik dəstək verir və xüsusi təyinatlı qüvvələrin hazırlanması və tətbiqini təşkil edir. QRU-nun daxili strukturu və rəhbərliyi haqqında məlumatlar, bir qayda olaraq, məxfi saxlanılır.
Bu təşkilatın adı hələ dərc olunmuş materiallarda çəkilmir.