LPDS Volodarska
-
Moskva və Moskva vilayətinə pilotsuz təyyarə hücumu: neft anbarı yanıb, dörd aeroport bağlanıb
Oktyabrın 5–6 gecəsi Moskva və Moskva vilayətinə kütləvi pilotsuz təyyarə hücumu edilib. Rusiya aviasiya qurumu Rosaviasiyanın məlumatına görə, Vnukovo, Domodedovo, Şeremetyevo və Jukovski hava limanları fəaliyyətini dayandırıb. Moskva meri Sergey Sobyanin 80-dən çox pilotsuz təyyarənin vurulduğunu bildirib. Hücum nəticəsində vilayətin ən böyük neft anbarı olan Volodarskaya stansiyasında yanğın baş verib.