Kiyev Şəhər Klinik Xəstəxanası №6
-
Rusiyanın ballistik raket zərbəsi Datagroup data mərkəzini tamamilə məhv edib
Oktyabrın 19-da gecə saatlarında Rusiyanın ballistik raket zərbəsi Kiyevdə Datagroup telekommunikasiya operatorunun data mərkəzinin avadanlıq və infrastrukturunu sıradan çıxarıb. Şirkət bildiririn ki, obyektin bərpası və fəaliyyətinin davam etdirilməsi mümkün deyil. İşçilər arasında xəsarət alan olmayıb, müştərilərə ehtiyat saytlardan xidmət göstərilir.
-
Rusiya Kiyevə ballistik raketlər, “Şahed” dronları və qanadlı raketlərlə kütləvi zərbə endirib
Rusiyanın oktyabrın 18-dən 19-na keçən gecə Ukraynaya ballistik raketlər, qanadlı raketlər və 269 zərbə dronundan ibarət kütləvi hücumu olub. Kiyev iki dalğa ilə ballistik zərbələrə (təxminən 23:00 və 03:00) məruz qalıb, hücum nəticəsində 21 yaşlı qız həlak olub, 8 nəfər yaralanıb, paytaxtın üç rayonunda yaşayış binaları, tibb müəssisəsi, təhsil müəssisəsi, yerüstü metro stansiyası və Cosmo Multimall ticarət mərkəzi zədələnib.