Xmelnytski Atom Elektrik Stansiyası
Xmelnitski Atom Elektrik Stansiyası — Ukraynanın Xmelnitski vilayətində, Netışın şəhəri yaxınlığında yerləşən atom elektrik stansiyası. Stansiyada iki VVER-1000 tipli reaktor fəaliyyət göstərir və Ukraynada işləyən dörd nüvə obyektindən biridir. Tikintisi sovet dövründə başlanmış, uzun fasilələrlə davam etmiş, ikinci enerji bloku 2004-cü ildə istismara verilmişdir. Rusiyanın tam miqyaslı təcavüzü zamanı stansiya dəfələrlə zərbələrə məruz qalmış, ətraf infrastruktura ziyan dəymiş və beynəlxalq ictimaiyyətin nüvə təhlükəsizliyi ilə bağlı narahatlığına səbəb olmuşdur.
-
Rusiya Ukraynanın enerji sisteminə qış hücumu planlaşdırır: sənədin detalları açıqlandı
The New York Times Ukrayna Energetika Naziri Denis Şmıqalın Parisdə Avropa tərəfdaşlarına təqdim etdiyi sənədin detallarını dərc edib. Sənəd Rusiyanın Ukraynanın enerji sisteminin məhv edilməsinə yönəlik üçmərhələli qış kampaniyasını təsvir edir. 1000-ə qədər raket, dron və bomba istifadəsi nəzərdə tutulan plana üç işləyən AES — Rivne, Cənubi Ukrayna və Xmelnitski — də daxil olmaqla elektrik stansiyaları, su təchizatı sistemləri və şəhər infrastrukturunun hədəf alındığı göstərilir.