Kh-47M2 Kinzhal
Х-47М2 «Kinzhal» (NATO təsnifatı — AS-24 Killjoy) — «Iskander» kompleksinin 9К729 raketi əsasında hazırlanmış, 2017-ci ildə silahlanmaya qəbul edilmiş Rusiyanın havadan buraxılan hipersəsli ballistik raket kompleksi. Raketi MiQ-31К qırıcısı daşıyır və təxminən 2000 km məsafədə yer hədəflərini vurmaq üçün nəzərdə tutulub, ənənəvi və ya nüvə döyüş başlıqları ilə təchiz oluna bilər. Bu silah Rusiya Silahlı Qüvvələri tərəfindən, xüsusilə Ukraynaya qarşı müharibədə istifadə edilib.
Bu təşkilatın adı hələ dərc olunmuş materiallarda çəkilmir.