Daxili Təhlükəsizlik Agentliyi
Agencja Bezpieczeństwa Wewnętrznego (ABW) Polşanın daxili təhlükəsizlik xidmətidir. O, bilavasitə Polşa Baş nazirinə tabedir. Xidmətin əsas vəzifələri kəşfiyyata qarşı mübarizə, terrorçuluğa qarşı fəaliyyət, konstitusiya quruluşunun mühafizəsi, eləcə də mütəşəkkil cinayətkarlıq və korrupsiyaya qarşı mübarizədir. Agentlik 2002-ci ildə əvvəlki Dövlət Mühafizə İdarəsinin (UOP) varisi kimi yaradılmışdır. ABW-yə onun rəhbəri başçılıq edir və rəhbər daxili işlər nazirinin təqdimatı ilə Baş nazir tərəfindən təyin olunur.
-
Polşada Ukrayna üçün internet təmin edən Starlink stansiyasında yanğın baş verib
Sentyutrın 23-ü axşam Polşanın Wola Krobowska kəndində (Mazov voyevodalığı) Starlink yerüstü peyk rabitə stansiyasında yanğın baş verib. Antennalar və elektrik generatoru yanıb. Polşa hakimiyyəti hadisənin qəsdən törədilmiş yanğın və ya diversiya ola biləcəyini ehtimal edir; stansiya artıq işini bərpa edib. Rəsmi şəxslər bunu hibrid müharibə elementi kimi xarakterizə ediblər.