İnstitut kardioloğii imeni Strajeşka
-
Rusiya Kiyevə kütləvi dron hücumu həyata keçirib: bir nəfər ölüb, 12 yaralanıb
Rusiya qüvvələri 20 oktyabr səhər saatlarından etibarən Kiyev və Kiyev vilayətinə irimiqyaslı dron hücumu həyata keçirib. Hücum nəticəsində Şevçenkivski rayonunda energetika obyektinə zərbə endirilib, Solomyanski və Holosiivski rayonlarında tibb müəssisələrinin binaları zədələnib, Holosiivski rayonunda yanacaqdoldurma stansiyasının yanına düşən dron bir nəfərin ölümünə səbəb olub. Şəhər hakimiyyəti ötən günün sonuna olan məlumata görə, bir nəfərin öldüyünü, 12 nəfərin yaralandığını bildirib.