handelsblatt
-
Münhen yaxınlığında Ukrayna üçün 5000-dən çox uzun mənzilli döyüş dronunun seriya istehsalına başlanılıb
Almaniyanın Münhen şəhəri yaxınlığında Alman-Amerika müdafiə şirkəti Auterion ilə onun Ukrayna tərəfdaşı Airlogix arasında birgə müəssisə tərəfindən Ukrayna üçün 5000-dən çox uzun mənzilli kamikadze tipli döyüş dronunun seriya istehsalına başlanılıb. Almaniyanın hökumət sifarişinin təxminən 300 milyon avro dəyərində olduğu və 2027-ci ilin ortasına qədər yerinə yetirilməsi planlaşdırılır. İstehsal olunan dronlar iki modeli — orta mənzilli və 1500 km-ə qədər uçuş mənzilli variantı — əhatə edir.