Almaniya Federal Daxili İşlər Nazirliyi
Almaniyanın Federal Daxili İşlər Nazirliyi (Bundesministerium des Innern und für Heimat) — federal hökumətin daxili siyasət, miqrasiya, qaçqın məsələləri, mülki təhlükəsizlik və federal polisə nəzarət üzrə mərkəzi icra orqanıdır. Nazirliyə kabinetin üzvü olan Federal Daxili İşlər Naziri rəhbərlik edir. Nazirliyin qərargahı Berlində yerləşir. Onun əsas fəaliyyət istiqamətlərinə mülki müdafiə xidmətlərinin əlaqələndirilməsi, federal səviyyəli xüsusi xidmətlər üzərində nəzarət və inteqrasiya siyasəti daxildir.
-
Almaniya Leipzig hava limanında Ukrayna An-124 təyyarəsinə dron hücumu cəhdi — araçdırma Rusiyanı göstərir
Avqustun 5-də gecə Leipzіg/Halle hava limanında partlayıcı yüklü bir dron Ukraynanın An-124 yük təyyarəsinin qanadına dəyib yerə düşdü və partlamadı. "The Telegraph" və "Welt am Sonntag"-in birgə araşdırması Rusiyaya məxsus motosiklet həvəskarı Oleq Levuşkini əməliyyatın ehtimal olunan təşkilatçısı, Belarus agenti Andrey Karşakovu isə icraçı kimi müəyyənləşdirib. Sentyabrın 1-də Almaniya Rusiyanı hücuma görə rəsmi ittiham edib.