Almaniya parlamenti
-
Alman kəşfiyyatının rəhbəri: Rusiya ilə konfrontasiya "yeni, daha təhlükəli xarakter" alıb
Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) rəhbəri Martin Yeger Bundestaqda çıxışında Rusiya ilə konfrontasiyanın "yeni, daha təhlükəli xarakter" aldığını, Ukraynadakı müharibənin "yeni, çox təhlükəli bir mərhələyə" daxil olduğunu bildirib və Almaniya ilə Rusiya arasında silahlı toqquşma riskini istisna etməyib. O, Rusiyanın Almaniyaya qarşı "kölgə müharibəsi" apardığını deyib, lakin hazırda NATO ərazisinə irimiqyaslı Rusiya hücumu əlamətlərinin müşahidə olunmadığını əlavə edib.