Flamingo
-
Zelenski: Ukraynanın yerli istehsalı “FP-7” taktiki ballistik raketi ilk dəfə döyüş şəraitində istifadə edilib
Prezident Volodimir Zelenski 1 oktyabr tarixində Ukraynanın ilk dəfə olaraq “Fire Point” şirkətinin istehsalı olan FP-7 taktiki ballistik raketini döyüş şəraitində tətbiq etdiyini açıqlayıb. Zelenski bunu sosial şəbəkələrdəki paylaşımında, videosu ilə birlikdə bildirib və istehsalın genişləndirilməsinin prioritet olduğunu vurğulayıb. Hücumun hədəfi, yeri və nəticəsi açıqlanmayıb.