Estoniya Polis və Sərhəd Mühafizəsi İdarəsi
Estoniya Polis və Sərhəd Mühafizəsi İdarəsi (Politsei- ja Piirivalveamet, PPA) ölkənin milli polis və sərhəd mühafizə xidmətini birləşdirən vahid hüquq-mühafizə orqanıdır. Daxili İşlər Nazirliyinə tabe olan qurum dövlət sərhədinin qorunması, miqrasiya nəzarəti, ictimai asayişin təmin edilməsi, cinayət işlərinin istintaqı və fövqəladə hallara reaksiya ilə məşğuldur. İdarənin baş qərargahı Tallinn şəhərində yerləşir və onu baş direktor idarə edir. PPA Estoniyanın Rusiya və Latviya ilə quru sərhədlərini, həmçinin dəniz sərhədlərini və beynəlxalq hava limanlarını qoruyur.
-
Estoniya Rusiya ümumi səfərbərlik elan etsə, sərhədi dərhal bağlamağa hazırdır
Estoniya Baş naziri Kristen Mixal bildirib ki, Rusiyanın ümumi səfərbərlik elan etməsi də daxil olmaqla, təhdidlərin qiymətləndirilməsi dəyişərsə, hakimiyyət Rusiya ilə sərhədi dərhal bağlamağa hazırdır. Onun sözlərinə görə, hökumət artıq sərhəd keçid məntəqələrinin iş saatlarını azaldıb və tam gömrük nəzarəti tətbiq edib; daxili işlər nazirliyinin avqustun 13-də təsdiqlədiyi 12 saatlıq iş rejimi müddətsiz olaraq uzadılıb.