Estoniya Daxili İşlər Nazirliyi
-
Estoniya Rusiya ümumi səfərbərlik elan etsə, sərhədi dərhal bağlamağa hazırdır
Estoniya Baş naziri Kristen Mixal bildirib ki, Rusiyanın ümumi səfərbərlik elan etməsi də daxil olmaqla, təhdidlərin qiymətləndirilməsi dəyişərsə, hakimiyyət Rusiya ilə sərhədi dərhal bağlamağa hazırdır. Onun sözlərinə görə, hökumət artıq sərhəd keçid məntəqələrinin iş saatlarını azaldıb və tam gömrük nəzarəti tətbiq edib; daxili işlər nazirliyinin avqustun 13-də təsdiqlədiyi 12 saatlıq iş rejimi müddətsiz olaraq uzadılıb.