Epicentr
-
Rusiya Sumıda ticarət mərkəzinə zərbə endirib: 2 nəfər ölüb, 20-dən çoxu yaralanıb
Rusiya qüvvələri sentyabrın 9-u axşam Sumıdakı «Manufaktura» ticarət və əyləncə mərkəzinə zərbə dronu ilə hücum edib. Hücum nəticəsində 21 yaşlı kişi və 21 yaşlı qadın olmaqla iki nəfər həlak olub, ən azı 20 nəfər, o cümlədən uşaqlar yaralanıb. Binanın özü, parkday yerləşən avtomobillər və ətraf infrastruktur zədələnib, ərazidə yanğın baş verib. Polis hadisə ilə bağlı müharibə cinayətləri maddəsi ilə cinayət işi açıb.