enerhoatom
-
Zaporojye AES ərazisində lokal atəşkəs qüvvəyə minib – enerji xəttinin təmiri üçün
2026-cı il sentyabrın 5-də Ukrayna və Rusiya arasında Beynəlxalq Atom Enerjisi Agentrliyinin (MAQATE) vasitəçiliyi ilə Zaporojye Atom Elektrik Stansiyası (ZAES) ərazisində lokal atəşkəs qüvvəyə minib. Atəşkəs avqustun 20-də döyüş əməliyyatları nəticəsində zədələnmiş 330 kV-lik Ferosplavna-1 elektrik xəttinin təmirinə və stansiyaya xarici enerji təchizatının bərpasına imkan yaratmaq üçün razılaşdırılıb. Avqustun 20-dən bəri stansiya altı reaktoru və istifadə olunmuş yanacaq hovuzlarını soyutmaq üçün təcili dizel generatorlarından istifadə edir; MAQATE xəbərdarlıq edib ki, dizel yanacağı ehtiyatları tükənməkdədir.