Druzhba boru kəməri
Drujba (Dostluq) boru kəməri dünyanın ən uzun neft boru kəmərlərindən biridir və Rusiya, Belarus, Ukrayna, Polşa, Çexiya, Slovakiya, Macarıstan və Almaniya ərazilərindən keçir. 1964-cü ildə istismara verilmiş kəmər Qərbi Sibir və Volqa-Ural yataqlarından Mərkəzi Avropadakı neft emalı zavodlarına xam neft daşıyır. 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı təcavüzündən sonra Ukrayna ərazisindən keçən cənub qolunun tranziti dayandırılmış, bu boru kəməri ilə daşınan Rusiya neftinə qarşı Qərb sanksiyaları tətbiq olunmuşdur.
-
Ukrayna Rusiyanın Volqoqrad və Samara neft obyektlərinə zərbələr endirib
Ukrayna Silahlı Qüvvələri oktyabrın 2-də gecə Rusiyanın Volqoqrad və Samara vilayətlərində neft infrastrukturuna pilotsuz təyyarələrlə zərbələr endirib. Baş Qərargah «Lukoyl-Volqoqradneftepererabotka» neft emalı zavodunun və «Transneft» sisteminə daxil olan LVDС «Samara» xətti istehsal-dispetçer stansiyasının vurulduğunu təsdiqləyib, hər iki obyektdə yanğın qeydə alınıb. Prezident Volodimir Zelenski zərbələri Rusiyanın eskalasiyasına «ədalətli cavab» adlandırıb.