Din-Yug-Oil
-
Ukrayna dronları Krasnodar diyarında Edelweiss-95 neft bazasını vurdu
Sentyabrın 28-nə keçən gecə Ukrayna dronları Rusiyanın Krasnodar diyarında Edelweiss-95 neft bazasına zərbə endirib, nəticədə yanğın baş verib. SBU bəyan edib ki, həmin gecə diyarda ümumilikdə dörd neft bazası vurulub. Rusiyanın Krasnodar diyarı rəsmi qurumları hücumu ilkin mərhələdə təsdiq etməyib.