Darnıtsia dəmir yolu körpüsü
-
Rusiya dronları Kiyevin Pivdenni körpüsünü vurdu – metro və avtobus hərəkəti dayandırıldı
Oktyabrın 1-də Rusiya dronları Kiyevin Dnepr üzərindəki Pivdenni (Cənub) körpüsünü bir neçə dəfə vurub. Səhər saatlarında iki zərbə körpünün dayaq hissəsinin yanına dəyib, axşam saat 21:50-də isə növbəti dron körpünün yol örtüyünə düşüb. Hücumlar zamanı körpünün üzərindən keçən metro qatarında sərnişinlər partlayış səsi eşidib, toz və kül ventilyasiya sistemindən vaqona dolub; xəsarət alan olmayıb.