danish-security-and-intelligence-service-pet
-
Danimarka xüsusi xidmətləri Rusiyanın ölkə ərazisində diversiyalar planlaşdırdığını elan edib
Danimarkanın Polis İstihbarat Xidməti (PET) Rusiya xüsusi xidmətlərinin Danimarka ərazisində, ilk növbədə Ukraynaya hərbi yardım göstərən müdafiə sənayesi şirkətlərinə qarşı konkret diversiya hazırlığı apardığını açıqlayıb. Xəbərdarlığı PET-in kəşfiyyaya qarşı departamentinin rəisi Emil Qresholm edib. Onun sözlərinə görə, Rusiya hədəfləri seçib və əməliyyata hazırlıq göstərib ki, bu da ictimai xəbərdarlığa zəmin yaradıb.