BND
-
BND rəhbəri: Rusiya ilə qarşıdurma daha təhlükəli xarakter alıb
Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) rəhbəri Martin Yeger Bundestaqda çıxışında Rusiya ilə qarşıdurmanın "yeni, daha təhlükəli xarakter" aldığını və Almaniyaın Rusiya ilə silahlı münaqişəyə cəlb olunma riski ilə üzləşdiyini bildirib. O, Rusiyanın Avropa demokratiyalarına və Almaniaya qarşı "kölgə müharibə" apardığını, nüvə təhdidlərinin yenidən eşidiləcəyini, lakin BND-nin Rusiyanın NATO ərazisinə genişmiqyaslı hücuma hazırlaşdığına dair əlamət görmədiyini deyib.
-
Almaniya Leypsiq dron insidentinə görə Rusiyaya qarşı cavab tədbirləri və Ukraynaya hərbi yardımın artırılmasını planlaşdırır
Almaniya hökuməti avqustda Leypsiq/Halle aeroportunda baş verən dron insidentinə görə məsuliyyəti Rusiyaya aid edib və cavab tədbirləri elan edib. Berlin Ukraynaya minlərlə zərbə dronu və Iris-T hava hücumundan müdafiə sistemləri üçün raketlər tədarükünü, həmçinin kəşfiyyat xidmətləri arasında əməkdaşlığın gücləndirilməsini planlaşdırır. Eyni zamanda, Bonndakı Rusiya Baş Konsulluğu və Berlindəki "Rus evi" bağlanacaq, BND-yə isə hücumlara qarşı "aktiv tədbirlər" görmək səlahiyyəti verən qanun layihəsi hazırlanır.