Rusiya Federasiyasının Qara Dəniz Donanması
Rusiya Federasiyasının Qara dəniz donanması Rusiya Silahlı Qüvvələrinin beş əməliyyat-strateji birləşməsindən biridir, Krım yarımadasında yerləşir və Qara dənizdə, Azov dənizində fəaliyyət göstərir. Əsas bazaları Sevastopol və Novorossiysk şəhərləridir. Donanma Rusiyanın dəniz sərhədlərinin qorunması və Qara dəniz, Aralıq dənizi regionlarında güc nümayiş etdirməsi ilə məşğul olur. 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı təcavüzündən sonra donanmadan Ukrayna limanlarının blokadasında və Ukrayna ərazisinə zərbələr endirilməsində istifadə olunub, eyni zamanda əhəmiyyətli itkilər verib.
Bu təşkilatın adı hələ dərc olunmuş materiallarda çəkilmir.