Army TV
-
Zelenski: Ukraynanın tərəfdaşları Kiyevə ballistik zərbə barədə xəbərdarlıq etməyib
Oktyabrın 12-si axşam Rusiya Kiyevə beş ballistik raketlə zərbə endirib, onlar mülki infrastruktura dəyib. Prezident Volodimir Zelenski bildirib ki, Ukrayna tərəfdaşlardan zərbə barədə qabaqcadan xəbərdarlıq almayıb. Zelenski həmçinin ABŞ Prezidenti Donald Trampın elan etdiyi "enerji atəşkəsi"ndən sonra Ukraynanın iki gün ərzində Rusiyanın neft emalı və enerji obyektlərinə zərbələri dayandırdığını, Rusiyanın isə həmin müddətdə Ukraynanın 19 regionuna hücumları davam etdirdiyini qeyd edib.