An-26
An-26 (NATO kodu — Curl) — 1960-cı illərin əvvəlində Antonov Konstruktor Bürosunda An-24 sərnişin təyyarəsi əsasında işlənmiş sovet ikimühərrikli turbovintli hərbi-nəqliyyat təyyarəsi. Serial istehsalı 1969–1986-cı illərdə Kiyev və İrkutskdəki aviazavodlarda aparılmış, ümumilikdə 1400-dən çox maşın istehsal edilmişdir. Təyyarə qoşun və yük daşınması, paraşütçülərin desantlaşdırılması üçün nəzərdə tutulub, həmçinin sanitar kimi istifadə oluna bilər. Keçmiş sovet respublikalarının və sovet hərbi aviasiya texnikasından istifadə edən ölkələrin hərbi-hava qüvvələrində geniş istifadə olunmaqdadır.
-
Ukrayna qüvvələri Rostov hərbi aerodromunu və Yaroslavl neft emalı zavodunu vurub
Prezident Volodimir Zelenskinin təsdiqlədiyinə görə, Ukrayna Silahlı Qüvvələri sentyabrın 17-də gecə Rostov-na-Donu şəhərindəki hərbi aerodromuna, habelə Yaroslavldakı Slavneft-YANOS neft emalı zavoduna zərbələr endirib. Rostov aerodromunda bir An-12, iki An-26 təyyarəsi və üç helikopterin zədələndiyi bildirilir. Yaroslavl zavoduna zərbə SBU, pilotsuz sistemlər qüvvələri, HUR və XİX-in birgə əməliyyatı kimi təqdim olunub. Rusiya qubernatorları ölən və yaralanan olmadığını, Rostovda dörd rayonda elektrik enerjisinin kəsildiyini açıqlayıblar.