Ukrayna Dəniz Limanları Administrasiyası
-
Rusiya qüvvələri Odessa vilayətində Antiqua və Barbuda bayraqlı yük gəmisini vurdu — kapitan həlak olub
Rusiya qüvvələri sentyabrın 23-ə keçən gecə Odessa vilayətində Antiqua və Barbuda bayrağı altında üzən yük gəmisinə zərbə endirib. Hücum nəticəsində gəminin Ukrayna vətəndaşı olan kapitanı həlak olub, ekipajın qalan üzvləri təxliyə edilib. Eyni insidentdə dərman, məişət əşyaları və ərzaq saxlanılan anbar obyektləri də iki dəfə ardıcıl vurulub.