A8
-
Rusiya Kiyevə uzun müddətli balistik raket hücumuna keçib
Rusiya qüvvələri noyabrın 19-u gecəsi 20-ə keçən gecə Kiyevə təxminən dörd saat ərzində, fasilələrlə balistik raketlərlə bir neçə dəfə hücum etdi. Hücum nəticəsində üç nəfər həlak oldu, iki nəfər yaralandı, şəhərin bir neçə rayonunda yanğınlar baş verdi və Dənipro üzərindəki üç körpü zərər gördü. Kiyevdə təxminən saat 01:19-də hava hüyəkanı elan edildi.