92N6 radarı
92N6 — S-400 "Triumf" zenit-raket kompleksinin tərkibinə daxil olan Rusiya istehsalı çoxfunksiyalı radiolokasiya stansiyasıdır. Hava hədəflərini, o cümlədən kiçik effektiv səthli və yavaş hədəfləri aşkar etmək, təsnif etmək və izləmək üçün istifadə olunur. "Almaz-Antey" konserninə daxil olan müəssisələrdə istehsal edilir.
-
Ukrayna Silahlı Qüvvələri Soçidə S-400 radar stansiyasını vurdu
Ukrayna Müdafiə Qüvvələri sentyabrın 13-də və 14-nə keçən gecə Rusiyanın bir neçə regionunda və işğal altındakı ərazilərdə hərbi hədəflərə zərbələr endirib. Soçidə S-400 "Triumf" hava hücumundan müdafiə sisteminin 92N6 multifunksional radar stansiyası, Kursk və Donetsk rayonlarında zərbə dronlarının saxlanma və buraxılma məntəqələri, habelə Bryansk vilayətində radar stansiyaları, retranslyatorlar və Krımda Saky aerodromu yaxınlığında qısa mənzilli naviqasiya sistemi vurulub.