3-cü Hücum Briqadası
3-cü Hücum Briqadası — Ukrayna Silahlı Qüvvələri Quru Qoşunlarının bir formalaşmasıdır, «Azov» çağırış şüarı ilə tanınır. Briqada 2022-ci ildə Mariupol döyüşündə iştirak etmiş eyniadlı briqada əsasında 2023-cü ildə müstəqil hücum bölməsi kimi yenidən qurulmuşdur. Bölmə əsasən Ukraynanın şərqində fəaliyyət göstərir və Donetsk istiqamətində hücum əməliyyatlarında iştirak edir. Briqada Ukrayna Quru Qoşunları komandanlığına tabedir.
-
Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin şimalında "Vivaldi" əməliyyatını rəsmi şəkildə təsdiqləyib
Ukraynanın Üçüncü Ordularna Korpusu "Vivaldi" adlı hücum əməliyyatını Donetsk vilayətinin şimalında, Lyman şəhərindən şərq və şimal-şərq istiqamətində rəsmi şəkildə təsdiqləyib. Korpus komandiri Andriy Biletski birinci mərhələnin detallarını video-müraciətlə açıqlayıb. Əməliyyatın birinci mərhələsində Rusiya qoşunlarının infiltirasiyasının aradan qaldırılması, logistikasının pozulması, Novoselivka, Oleksandrivka, Yarova və Koroviy Yar ətrafındakı ərazilərin təmizlənməsi və Serednie kəndinin azad edilməsi həyata keçirilib. Üçüncü Ordularna Korpusu Rusiyanın itkilərini təxminən 1500 hərbi qulluqçu, 12 mindən çox pilotsuz uçuş aparatı və yüzlərlə zirehli texnika, artilleriya sistemi və digər avadanlıq kimi açıqlayıb.