Christian Stocker
-
Avstriya kansleri Ştoker Ukraynanın büdcə kəsirinin şəffaf izahını tələb edib
Avstriya kansleri Kristian Ştoker Ukraynanın maliyyələşdirilməsi ilə bağlı irəli sürülən fərqli rəqəmlərin çoxluğuna təəccübünü bildirib və Ukraynanın büdcə kəsirinin səbəblərinin şəffaf şəkildə izah olunmasını istəyib. Onun sözlərinə görə, ötən il vəd edilən 90 milyard avroluq kredit intensivləşən Rusiya hücumları fonunda artıq kifayət etməyə bilər. Ukrayna rəsmiləri və Avropa Komissiyası isə Ukraynanın maliyyə vəziyyəti haqqında bir-biri ilə uyğunlaşmayan fərqli rəqəmlər təqdim ediblər.