Suxoy Su-34
Suxoy Su-34 — Sovet və Rusiya istehsalı olan, iki oturacaqlı, iki mühərrikli zərbə bombardmançı təyyarəsidir, «Suxoy» Konstruktor Bürosunda hazırlanıb. Güclü hava hücumundan müdafiə şəraitində yer və dəniz hədəflərinə idarəolunan və idarəolunmayan silahlarla zərbə endirmək üçün nəzərdə tutulub. 2014-cü ildə Rusiya Hərbi Hava Qüvvələrinin silahlanmasına qəbul edilib. Su-34 Rusiya tərəfindən Ukraynadakı müharibədə Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə zərbələr endirmək üçün geniş istifadə olunur.
-
Ukrayna Hərbi Dəniz Qüvvələri Borisoglebsk aerodromuna zərbə endirib, Su-34M qırıcı-bombardmançıları vurulub
Oktyabrın 15-nə keçən gecə Ukrayna Hərbi Dəniz Qüvvələri Rusiyanın Voronej vilayətindəki "Borisoglebsk" hərbi aerodromuna "Neptun" sahil raket kompleksi ilə zərbə endirib. Zərbə nəticəsində altı Su-34M qırıcı-bombardmançısının vurulduğu, aerodrom ərazisində yanğın və təkrar partlayışların qeydə alındığı bildirilir. Rəsmi Moskva hücumu şərh etməyib.