SpaceX-in peyk şəbəkəsi
-
Starshield sürətinin məhdudlaşdırılması: ABŞ və Muskin rolu haqqında ziddiyyətli iddialar
Oktyabrın 14-də Ukraynanın Starshield hərbi paketindən istifadə edən pilotsuz uçuş aparatlarının sürəti məhdudlaşdırılıb, bu da bir sıra hərbi missiyaların pozulmasına səbəb olub. ABŞ Müdafiə naziri Pit Hegset oktyabrın 20-də bildirib ki, Vaşqinton bu məhdudiyyətlə bağlı heç bir göstəriş verməyib; Tramp və Rubio da ABŞ hökumətinin rolunu rədd ediblər. Bununla belə, WSJ və Telegraph Muskin şəxsən bu qərarı verdiyini yazıb, Reuters isə göstərişin Ağ Evdən gəldiyini bildirib.