Polşa Hərbi Hava Qüvvələri
Polşa Hərbi Hava Qüvvələri (Wojska Lotnicze) Polşa Respublikası Silahlı Qüvvələrinin hava qoludur və ölkənin hərbi aviasiyasına cavabdehdir. Onun tərpininə döyüş, nəqliyyat və təlim hissələri, eləcə də hava hücumundan müdafiə sisteminin elementləri daxildir. Əməliyyat baxımından Polşa Silahlı Qüvvələrinin Baş Qərargahına və Birləşmiş Əməliyyat Komandanlığına tabedir. 2022-ci ildə Rusiyanın Ukraynaya tam miqyaslı müdaxiləsindən sonra Polşa NATO-nun şərq cinahında patrul xidmətindəki rolunu gücləndirmiş və Ukrayna ərazisinə raket zərbələrinə cavab olaraq tez-tez aviasiyanı havaya qaldırmışdır.
-
Polşa Rusiyanın hücumlarına görə sərhəd bölgələrində hava həyəcanı elan edib, Kiyevdə ölən var
Polşa oktyabrın 19-u Rusiyanın Ukraynaya hava hücumu ilə əlaqədar sərhəd voevodluqlarında hava həyəcanı elan edib və hərbi aviasiyanı qaldırıb. Eyni gündə ikinci dəfə təkrarlanan əməliyyatlar sonradan ləğv edilib, Polşa hava məkanının pozulması qeydə alınmayıb. Gecə Kiyevə endirilən zərbə nəticəsində bir nəfər həlak olub, çoxsaylı yaşayış və sosial obyektlər ziyan görüb.