Polşanın Təhlükəsizlik üzrə Hökumət Mərkəzi (RCB)
-
Polşa Rusiyanın hücumlarına görə sərhəd bölgələrində hava həyəcanı elan edib, Kiyevdə ölən var
Polşa oktyabrın 19-u Rusiyanın Ukraynaya hava hücumu ilə əlaqədar sərhəd voevodluqlarında hava həyəcanı elan edib və hərbi aviasiyanı qaldırıb. Eyni gündə ikinci dəfə təkrarlanan əməliyyatlar sonradan ləğv edilib, Polşa hava məkanının pozulması qeydə alınmayıb. Gecə Kiyevə endirilən zərbə nəticəsində bir nəfər həlak olub, çoxsaylı yaşayış və sosial obyektlər ziyan görüb.