Petersburg Neft Terminalı
-
Ukrayna dronları Rusiyanın Kirişi neft zavodunu hədəf aldı
Ukrayna dronları 9 noyabr gecesi Leningrad vilayətindəki «Kirişi-neftorqsintez» (KİNEF) neft zavoduna hücum etdi. Ardından böyük yanğın başladı və bir neçə ilkin emal qurğusu zərbə alındı. Hücumdan bir nəfər qadının öldüyü və elektrik xətti ilə əlaqəli problemlərin yarandığı bildirildi.
-
Sankt-Peterburq və Leningrad vilayətinə kütləvi PUA hücumu: neft terminalı, VK məlumat mərkəzi və körpü vurulub
Oktyabrın 18-də gecə Ukrayna Silahlı Qüvvələri Sankt-Peterburq və Leningrad vilayətinə kütləvi dron hücumu həyata keçirib. Hücum nəticəsində Peterburq Neft Terminalının rezervuar parkında, Ruchyi neft bazasında, VK (VKontakte) məlumat mərkəzində və Korabelniy fərvateri üzərindəki vant körpüsündə yanğınlar baş verib. Şəhərin bir sıra rayonlarında elektrik enerjisi kəsilib, Pulkovo aeroportu işini məhdudlaşdırıb, mer isə bir nəfərin öldüyünü və beş nəfərin yaralandığını bildirib.