Paris Apelyasiya Məhkəməsi
-
ABŞ Avropa ölkələrinə Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsini Vaşinqtonun nəzarətinə verməyi təklif edib – Avropa rədd edib
ABŞ administrasiyanın xüsusi elçiləri Stiv Vitkoff və Cared Kuşner oktyabrın 9-10-da Mayamidə keçirilmiş danışıqlarda Avropa ölkələrinə Rusiyanın dondurulmuş suveren aktivlərinin bir hissəsini dondurmadan çıxarıb Trump administrasiyasının nəzarətində olan xüsusi təyinatlı maliyyə strukturuna köçürməyi təklif edib. Təklifin məqsədi Ukrayna ilə bağlı sülh danışıqlarını canlandırmaq idi. Avropa nümayəndələri planı rədd edərək aktivlər üzərində nəzarəti əldən verməyəcəklərini və onların heç bir hissəsini Moskva qaytarmayacaqlarını bildiriblər. Almaniyanın kansleri Brüsseldə Avropa Şurasının sammitindən əvvəl aktivlərin Avropada qalması və onların taleyinə avropalıların özlərinin qərar verməsi lazım olduğunu deyib.