Neptune raketası
"Neptun" — Ukraynanın Kiyevdəki "Luç" konstruktor bürosu tərəfindən hazırlanmış qanadlı raketdir, sahil və gəmidən atılan gəmi əleyhinə silah sistemi kimi işlənib. Sahil versiyası 2020-ci ildə Ukrayna Hərbi Dəniz Qüvvələrinin silahlanmasına qəbul edilib; sonradan mənzili artırılmış quru variantı hazırlanıb. Raket 2022-ci ildə Rusiyanın "Moskva" kreyserinə endirilmiş zərbədən sonra beynəlxalq şöhrət qazanıb və ondan sonra Rusiya ərazisindəki hədəflərə zərbələr üçün istifadə olunub.
-
Ukrayna Hərbi Dəniz Qüvvələri Borisoglebsk aerodromuna zərbə endirib, Su-34M qırıcı-bombardmançıları vurulub
Oktyabrın 15-nə keçən gecə Ukrayna Hərbi Dəniz Qüvvələri Rusiyanın Voronej vilayətindəki "Borisoglebsk" hərbi aerodromuna "Neptun" sahil raket kompleksi ilə zərbə endirib. Zərbə nəticəsində altı Su-34M qırıcı-bombardmançısının vurulduğu, aerodrom ərazisində yanğın və təkrar partlayışların qeydə alındığı bildirilir. Rəsmi Moskva hücumu şərh etməyib.